DünyaSiyasət

Yüz ilin təkrarlanan taleyi

Azərbaycan elə başıbəlalı yerdir ki, onun övladları hər yüz ildən bir eyni taleyi bölüşməli olur. Bir əsr əvvəl Azərbaycanın istiqlalı və hürriyyəti uğrunda vuruşan kəslər necə vətəndən didərgin salınmışdısa, düz yüz il sonra da oxşar tarix təkrarlanır. Bu gün də Azərbaycanda demokratiya, insan hüquq və azadlıqları uğrunda mübarizə aparanlar vətənlərindən didərgin düşüb.

Yüz il əvvəl istiqlalımızı boğan dəmir pəncə, bu gün hüquqlarımızı və hürriyyətimizi boğan “dəmir yumruq”la əvəzlənib. Rəngləri fərqli olsa da, xislətləri eyni olan despotların əlində neçə ziyalı və azad ruhlu insan mühacirət yolunu seçməli olub. Mühacirət yüz il əvvəl utanılacaq bir məsələ olmadığı kimi, yüz il sonra, bu gün də deyil, əksinə zərurətdir.

Çünki Rəsulzadənin o məşhur ifadəsində dediyi “millətlərə istiqlal, insanlara hürriyyət” hələ də aktual olaraq qalır. Ola bilsin ki, bu gün Azərbaycan milli istiqlalını əldə edib, ancaq onun vətəndaşları öz hüriyyətini hələ qazanmayıb. Ona görə də bu günün davası istiqlal yox, hüriyyət davasıdır. Bu davanın yolu da gərəkirsə, elə Rəsulzadənin addımladığı yollarla getməkdir. Bu yol Tbilisidən də keçir, Türkiyədən də, Fransadan da, Almaniyadan da, Polşadan da…

Dünən “özəl” mənbələrə istinadən mənim “siyasi mühacirətə getdiyimi” yazıblar. Deyə biləcəyim tək şey var: “İnşallah…”

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Hüseyn Həsənovun avtomobilləri və mənzili əlindən alınır

admin

Üç ildir ürəyini əlində gəzdirir – VİDEO

redaktor

admin