DünyaGündəmSiyasət

“Mən kimlərinsə yatdığını görməmişəm”

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda diqqət çəkən məqamlardan biri elmi müzakirələrin aparıldığı vaxt bəzi alimlərin mürgüləməsi ilə bağlı yayılan görüntülər olub. Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tacxeber.com xəbər verir ki, Manset.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb. O, elm adamlarının iclas zamanı yuxuya getməsi ilə bağlı yayılan məlumatları təkzib etməyə çalışıb:

“Mən kimlərinsə yatdığını görməmişəm. Belə bir halın şahidi olmamışam. İclas yüksək səviyyədə keçirildi, qarşıda qoyulan məqsədlərə cavab verdi və yekunlaşdırıldı. Belə xırda məsələlərlə işimizə kölgə salmaq doğru deyil”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Məktəbdən qovulmuş 2344 müəllim: “Hərəsi bir evə çörək gətirəndir”

redaktor

Daha bir avtoritar diktator Lukaşenko beynəlxalq axtarışa verilir.

redaktor

İlham Əliyev – İstənilən zaman əməliyyat apara bilərik

admin