22 C
Bakı
14 Sentyabr 2026 02:42
Dünyaİdman

Onlar Çempionlar Liqasının 1/8 finalçısı ola bildilər

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

İkinci oyun günündə daha 4 görüş keçirilib və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında 5:2 hesabı ilə qalib gəldiyi “Yuventus”la İtaliyada üz-üzə gəlib. Meydan sahibləri matçın 48-ci dəqiqəsindən azlıqda qalsalar da, oyunun əsas vaxtını 3:0 öndə bitiriblər. Ümumu hesab 5:5 olduğundan əlavə vaxt oynanılıb. Burada “Qalatasaray” daha 2 qol vurub. Oyun 3:2 hesabı ilə “Yuventus”un xeyrinə başa çatıb və bu nəticə “Qalatasaray”ı 1/8 finala yüksəldib.

“Atalanta” evdə Dortmund “Borussiya”sını qəbul edəcək. Bu görüşdə dramatik sonluq qeydə alınıb.  İlk görüşdə 0:2 hesabı ilə uduzan İtaliya klubu cavab matçında geridönüş edə bilib. Berqamo təmsilçisi 4:1 hesablı qələbə ilə mərhələni adlayıb. “Real” “Benfika”ya qalib gələrək,  PSJ isə “Monako” isə heç-heçə sayəsində 1/8 finala yüksəlib.

Ötən gecə keçirilən oyunlardan sonra  “Nyukasl”, “Atletiko”, “Bodo-Qlimt” və “Bayer” də 1/8 finala adlamışdılar. “Arsenal”, “Bavariya”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” isə Liqa mərhələsini ilk 8-likdə başa vuraraq birbaşa 1/8 finala çıxmışdı.

Qeyd edək ki, ÇL-də 1/8 finalın püşkü fevralın 27-də atılacaq.

25 fevral

UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

21:45.”Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 4:1

Qollar: C.Skamakka, 5, D.Zappakosta, 45, M.Paşaliç, 57, L.Samarciç, 90+5 (pen.) – K.Adeyemi, 75
İlk oyun – 0:2

00:00.PSJ (Fransa) – “Monako” (Fransa) – 2:2

Qollar: Markinyos, 60, X.Kvaratsxeliya, 66 – M.Akliuş, 45, J.Teze, 90+1
İlk oyun – 3:2

00:00.”Yuventus” (İtaliya) – “Qalatasaray” (Türkiyə) – 3:2

Qollar: Lokatelli, 37-pen. Qatti, 67. Makkenni, 82 – Osimhen, 105+1. B.A.Yılmaz, 119.

Qırmızı vərəqə: Lloyd Kelli, 48 (“Yuventus”)
İlk oyun – 2:5

00:00.”Real” (İspaniya) – “Benfika” (Portuqaliya) – 2:1

Qollar: A.Çuameni, 16, V.Junior, 80 – R.Silva, 14
İlk oyun – 1:0

24 fevral

“Atletiko” (Madrid, İspaniya) – “Brügge” (Belçika) – 4:1

İlk oyun – 3:3

“Bayer” (Almaniya)– “Olimpiakos” (Yunanıstan) – 0:0
İlk oyun – 2:0

“İnter” (İtaliya) – “Bodo-Qlimt” (Norveç) – 1:2

İlk oyun – 1:3

 “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 3:2

İlk oyun – 6:1 (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp Zelenskini Rusiya dizel mühərriklərinə hücumları dayandırmağa çağırıb

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

“Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb”

redaktor