DünyaSiyasət

Davos Forumunun baş icraçı direktoru istefa verib – “Epşteyn işi”ndə adı hallanır

Dünya İqtisadi Forumunun (DİF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.

Tacxeber.com “The Independent”ə istinadən xəbər verir ki, o, Cefri Epşteynlə əlaqələrinin araşdırılması prosesinin yekunlaşmasından sonra bu qərarı qəbul edib.

O, istefa ərizəsi ilə bağlı bəyanatında Epşteynlə bağlı məsələyə toxunmayıb.

Diqqətlə düşündüm və Dünya İqtisadi Forumunun baş icraçı direktoru vəzifəsindən istefa vermək qərarına gəldim”, – Brende qeyd edib.

Xatırladaq ki, onun Epşteynlə yazışmaları ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində əvvəlcədən bilinən məsələlərdən başqa yeni heç bir detal tapılmayıb. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı

admin

Ermənilər Azərbaycan benzini ilə yanacaq dolduracaqlar

redaktor

Budanov: “Rusiyalılar Ukraynanı işğal etməyi, biz isə Moskvada qələbə paradı xəyal edirik”

redaktor