Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
İkinci oyun günündə daha 4 görüş keçirilib və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.
Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında 5:2 hesabı ilə qalib gəldiyi “Yuventus”la İtaliyada üz-üzə gəlib. Meydan sahibləri matçın 48-ci dəqiqəsindən azlıqda qalsalar da, oyunun əsas vaxtını 3:0 öndə bitiriblər. Ümumu hesab 5:5 olduğundan əlavə vaxt oynanılıb. Burada “Qalatasaray” daha 2 qol vurub. Oyun 3:2 hesabı ilə “Yuventus”un xeyrinə başa çatıb və bu nəticə “Qalatasaray”ı 1/8 finala yüksəldib.
“Atalanta” evdə Dortmund “Borussiya”sını qəbul edəcək. Bu görüşdə dramatik sonluq qeydə alınıb. İlk görüşdə 0:2 hesabı ilə uduzan İtaliya klubu cavab matçında geridönüş edə bilib. Berqamo təmsilçisi 4:1 hesablı qələbə ilə mərhələni adlayıb. “Real” “Benfika”ya qalib gələrək, PSJ isə “Monako” isə heç-heçə sayəsində 1/8 finala yüksəlib.
Ötən gecə keçirilən oyunlardan sonra “Nyukasl”, “Atletiko”, “Bodo-Qlimt” və “Bayer” də 1/8 finala adlamışdılar. “Arsenal”, “Bavariya”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” isə Liqa mərhələsini ilk 8-likdə başa vuraraq birbaşa 1/8 finala çıxmışdı.
Qeyd edək ki, ÇL-də 1/8 finalın püşkü fevralın 27-də atılacaq.
25 fevral
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
21:45.”Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 4:1
Qollar: C.Skamakka, 5, D.Zappakosta, 45, M.Paşaliç, 57, L.Samarciç, 90+5 (pen.) – K.Adeyemi, 75
İlk oyun – 0:2
00:00.PSJ (Fransa) – “Monako” (Fransa) – 2:2
Qollar: Markinyos, 60, X.Kvaratsxeliya, 66 – M.Akliuş, 45, J.Teze, 90+1
İlk oyun – 3:2
00:00.”Yuventus” (İtaliya) – “Qalatasaray” (Türkiyə) – 3:2
Qollar: Lokatelli, 37-pen. Qatti, 67. Makkenni, 82 – Osimhen, 105+1. B.A.Yılmaz, 119.
Qırmızı vərəqə: Lloyd Kelli, 48 (“Yuventus”)
İlk oyun – 2:5
00:00.”Real” (İspaniya) – “Benfika” (Portuqaliya) – 2:1
Qollar: A.Çuameni, 16, V.Junior, 80 – R.Silva, 14
İlk oyun – 1:0
24 fevral
“Atletiko” (Madrid, İspaniya) – “Brügge” (Belçika) – 4:1
İlk oyun – 3:3
“Bayer” (Almaniya)– “Olimpiakos” (Yunanıstan) – 0:0
İlk oyun – 2:0
“İnter” (İtaliya) – “Bodo-Qlimt” (Norveç) – 1:2
İlk oyun – 1:3
“Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 3:2
İlk oyun – 6:1 (Qol.az)
