Sabah, 10 fevral 2026 tarixdə ABŞ-nin vitse- prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri gözlənilir. Bununla bağlı bir sıra beynəlxalq və eləcə də Azərbaycanın siyasi, ictimai və insan haqları təşkilatları, şəxsləri Azərbaycandakı siyasi adlanan məhbusların, Əli Kərimli, Qubad İbadoğlu, Azər Qasımlı və digərlərin həbsdən azad edilməsi üçün dövlət rəhbəri İlham Əliyevlə görüşdə ayrıca məsələ qaldırması barədə Vensə müraciətlər ediblər.
Cənab Vens Bakıda bu məsələni qaldırar, ya qaldırmaz və cənab İlham Əliyev isə, onun xahişinə əməl edər, ya etməz, bilmək olmaz.
Bununla bağlı, düşünürəm ki, cənab Vens və digər xarici dövlətlər rəsmilərinin müdaxiləsi olmadan da, dünya ölkə konstitusiyalarında belədir ki, dünya dövlət rəhbərləri öz məhbus vətəndaşların taleyinə ədalətli yanaşılmanın təminini diqqətə və həm nəzarətə almalıdırlar.
İndiki, konkret məsələdə isə ədalət məsələsi düşüncəmlə belədir. Bir, cinayət hüququ üzrə elmi dərəcəli hüquqşünas kimi, sözügedən məhbuslardan bir neçəsinin istintaq və həm mühakiməsi üzərində müstəqil müşahidə və təhqiqat aparmışam və sürülən itthamlarda kifayət qədər ciddi qanuni-prosessual əsas görməmişəm. Şəxsi, subyektiv qənaətimdir.
Ancaq, istənilən halda, Azərbaycan Vətənin vətəndaşlarına, onun demokratik inkişafına, həm də dövlətçiliyinə həssas, qeyri-etinasız olmağımla, dövlətin rəhbərliyinə, Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya buradan açıq müraciətim belədir:
xahiş edərdim ki, siyasi, ya qərəzli motivlə mühakimə edilməsi bildirilən bu şəxslərin məsələsinə öz, yüksək səlahiyyətləri üzrə nəzarət və diqqət yönəldib, onların azadlığa buraxılması təminini nəzərdən keçirsinlər.
