Uzun müddətdir ki, Donbası əldə etmək istəyən ruslara bunun üçün nələrdən keçməli olduqları ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski “yol xəritəsi” verib: “Donbası tutmaq üçün rusların daha 800.000 cəsəd verməyə ehtiyacı olacaq. Onlara ən azı iki il lazım olacaq; onlar o qədər də uzun zaman davam gətirməyəcəklər”, – deyə Volodimir Zelenski France Televisions-a verdiyi müsahibədə bildirib.
Ukrayna prezidentinin Putinə müharibəni uduzmaqdan qorxub-qorxmadığı sualına belə cavabı isə belə olub: “Əlbəttə ki, bu müharibəni uduzmaq ölkəmizin müstəqilliyini itirmək deməkdir.
Əgər müstəqilliyimizi itirib Rusiyanın bir hissəsi olsaq, bu, tamamilə dəhşətli bir itki olardı. Amma əminəm ki, bu baş verməyəcək.”
