16 C
Bakı
22 Aprel 2026 15:54
DünyaSiyasət

Donald Tramp Vladimir Putinlə danışandan sonra Ukraynaya “Tomaqavk” raketləri satmaqdan vaz keçdi

Rusiya prezidenti Vladimir Putin oktyabr ayında keçirilən söhbət zamanı ABŞ-lı həmkarı Donald Trampı Ukraynaya “Tomaqavk” raketləri verməməyə inandıra bilib.

“The Wall Street Journal” iddia edir ki, ABŞ prezidenti daha sonra “Ukrayna böhranına baxışını dəyişib”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqlardan sonra bildirib ki, Vladimir Putin “Tomaqavkların vəziyyəti dəyişdirməyəcəyi” tezisini təkrarlayıb, lakin “bu, ölkələrimiz arasındakı münasibətlərə ciddi ziyan vuracaq”.

Oktyabr ayında keçirilən söhbət zamanı Vladimir Putin və Donald Tramp şəxsi görüş barədə razılığa gəliblər. Görüşün Budapeştdə keçirilməsi planlaşdırılırdı, lakin Amerika prezidenti tezliklə sammiti ləğv etdi. Qərb mediası iddia edirdi ki, buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun hərəkətləri olub. Kreml bunu təkzib edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada afrikalı tələbələri “Vaqner” dəstəsinə cəlb edirlər – İDDİA

redaktor

HƏYƏCAN TƏBİLİ ÇALINDI – Təhlükəli virus Avropanı CƏNGİNƏ ALIR

redaktor

Azərbaycan yanacağından gələn pul Əlinin, Vəlinin, Məmmədin soyuducusuna çatmırsa, Ermənistana çatması bizi niyə sevindirməlidir?

redaktor