DünyaSiyasət

Tramp: “Əliyev və Paşinyan yaxşı liderlərdir”

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.

O, bunu Vaşinqtonda keçirilən Milli Dua Səhər Yeməyi mərasimində çıxışı zamanı bildirib.

“Bir ildə Kamboca ilə Tayland, Kosovo ilə Serbiya, Pakistan ilə Hindistan, İsrail ilə İran, Ermənistan ilə Azərbaycan arasında baş verənlər də daxil olmaqla, səkkiz amansız müharibəyə son qoydum.

Ermənistanla Azərbaycan arasındakı müharibə ilə əlaqədar olaraq Prezident Putin mənə zəng etdi və dedi: “Mən bu müharibəyə son qoymaq üçün 10 ildir ki, bunun üzərində işləyirəm. Bunu necə etdin?” Mən etdim.

“Onlar (Əliyev və Paşinyan – red.) çox yaxşı liderlərdir. Onlar təkcə bir-biri ilə necə mübarizə aparmağı bilirdilər. Onlar illərdir bir-biri ilə mübarizə aparıblar, bildikləri tək şey budur. Amma biz işləri tez bir zamanda yoluna qoyduq”, – deyə ABŞ prezidenti əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor