19 C
Bakı
20 Oktyabr 2026 21:27
CəmiyyətGündəmHadisəKriminal

Bir güllənin arxasındakı üç sual: səbəb, mühit, məsuliyyət

Bakıda məktəbdə (litseydə) baş verən, şagirdin müəlliməni güllələməsi, müdhiş hadisə, rəzalət barədə ilkin və qısaca olaraq, nələr demək olar? İlk növbədə hadisə səbəbini axtarmaq lazımdır.

Əsas sual səbəbdir, sensasion hadisəyə səbəb. Sensasion ona görə ki, hansısa kriminal bandit hansısa qadını güllələsə, elə qəribə görünməz! 10-cu sinif şagirdi öz gənc müəlliməsini nədən güllələsin? Motiv nədir, mühit, şərait, sair nədir?

Birinci səbəbi, bu litseyin rəsmi icraçı və faktiki dərindəki sahiblərində axtarmaq lazımdır. Belə təhsil müəssisəsini hansı təmiz vəsaitlə, hansı təmiz niyyətlə təşkil ediblər? Hansı təmiz əməl və ya, çirkin korrupsiya ilə idarə ediblər? Hansı tərbiyəvi, ədalətli, dürüst mühit şərait qurublar?

İkinci səbəb. Bu şagird hansı ailədə, hansı halal imkanla yetişib, hansı mühit şəraitdə tərbiyədə? Yetkinlik yaşına çatmamış şagird belə silahdan belə çevik istifadəni haradan öyrənib və belə bir adamöldürmə cürəti, arxaylnlığını yaradan alıb?

Üçüncü səbəb. Şagird müəlliməsini niyə, vurub öldürmək istəsin? 16 yaşda, yetkinlik yaşına az qalan şagirdlə 29 yaşlı gənc müəllimə arasında hansı hisslərdən doğan və bu dərəcədə şiddətli addım yarada bilən durum olub? Və bu şagirdin ümumi psixoloji və psixatrik durumu necə imiş?

 

İıqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor