31.6 C
Bakı
13 Avqust 2026 15:12
DünyaSiyasət

“Ukraynaya aid yaxşı xəbərlər olacaq” – Tramp yenə vəd verir

ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həlli ilə bağlı tezliklə müsbət xəbərlərin olacağını deyir.

Tacxeber.comxəbər verir ki, ABŞ Prezidenti Ağ Evdə keçirilən brifinqdə jurnalistlərə deyib: “Bizdə çox şey baş verir… Düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox yaxşı işlər görürük. Bunu ilk dəfədir ki, açıq şəkildə deyirəm. Bilirsiniz, düşünürəm ki, yaxşı xəbərlərimiz olacaq”.

Eyni zamanda, Tramp BMT-ni Ukraynadakı münaqişənin həlli prosesində yetərincə iştirak etmədiyinə görə tənqid edib.

Lakin qeyd edək ki, demək olar Trampın bu bəyanatına paralel olaraq, Rusiya ötən gecə Ukraynanın Kiyev və Xarkov başda olmaqla, iri şəhərlərini yenidən raket və PUA-larla bombardman edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Paris-18 mart 1314 cümə günü…

redaktor