DünyaGündəmSiyasət

ABŞ və İsrail generalları Pentaqonda görüşüblər

ABŞ və İsrailin yüksəkrütbəli generalları yanvarın 30-da Pentaqonda görüşüblər. Bu görüş İranla bağlı gərginliyin artması fonunda keçirilib. Xəbəri “Reuters” ABŞ-nin anonimlik şərti ilə danışan iki rəsmisinə istinadla yayıb.

ABŞ-nin Birləşmiş Qərargah rəisi general Den Keyn və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir arasında qapalı müzakirələrin detalları bəlli deyil. Görüş haqda öncədən xəbər verilməyib.

ABŞ prezidenti Donald Tramp İrana danışıqlara getməsi təzyiq göstərir, təhdid edib, Yaxın Şərqə əlavə qüvvələr göndərir. İran isə xəbərdarlıq edib ki, ABŞ-nin hücumu regional münaqişəyə çevrilə bilər.

“Reuters” yazır ki, İsrailin müdafiə naziri İsrael Kats Vaşinqton görüşündən sonra Zamir ilə görüşüb. Katsın ofisinin bildirdiyinə görə, görüşdə regiondakı vəziyyət, İsrail ordusunun istənilən mümkün ssenariyə qarşı əməliyyat hazırlığı müzakirə olunub.

Əli Xamenei və Donald Tramp

Tramp İranla razılaşmaya ümidini bildirir, Xamenei regional müharibə xəbərdarlığı edir

ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunacağına ümidini bildirib. İranın ali dini lideri Əli Xamenei isə xəbərdarlıq edib ki, ABŞ-nin islam respublikasına hücumu daha geniş münaqişəyə səbəb olar.

“Əlbəttə, belə deyəcək”, – Tramp fevralın 1-də Xameneinin xəbərdarlığı haqda jurnalistlərə deyib.

“Razılaşma əldə etməsək, onun haqlı olub-olmadığını görəcəyik”, – o əlavə edib.

Dövlət mediası Xameneiyə istinadla yazıb ki, ABŞ-nin təhdidləri “İran xalqını qorxutmayacaq”.

“İran xalqı ona hücum, narahat edən hər kəsə güclü zərbə vuracaq”, – Xamenei söyləyib.

Tramp isə daha öncə Yaxın Şərqə “nəhəng armada” göndərdiyini demişdi.

ABŞ prezidenti yanvarın 21-də “Fox News”a deyib ki, Tehran ABŞ ilə ciddi danışır, “görək nəsə edə biləcəyikmi. Əks halda, nə baş verəcəyini görəcəyik. Oraya böyük bir donanmamız gedir. Onlar danışıq aparırlar”.

Ötən həftə Avropa İttifaqı (Aİ) İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kateqoriyasına salıb. İran parlamentinin üzvləri isə SEPAH-ın uniformasını geyinərək etiraz şüarları səsləndiriblər.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf fevralın 1-də bildirib ki, Tehran Avropa ölkələrinin ordularını “terrorçu qrup” sayır.

“The Wall Street Journal” yazıb ki, Pentaqon Yaxın Şərqdə əlavə havadan müdafiə sistemləri yerləşdirir, məqsəd İsraili, ərəb müttəfiqlərini və Amerika qoşunlarını İranın zərbəsindən qorumaqdır.

Dekabrın sonu və yanvarda İranda kütləvi etiraz aksiyaları keçirilib. Rəsmilər 3 min 117 nəfərin öldürüldüyünü təsdiqləyiblər. ABŞ-də yerləşən HRANA insan haqları qrupu isə 6 min 713 ölümün təsdiqləndiyini bildirir. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Prokuror Cəmil Məmmədliyə cəza istədi

admin

İranın arzusu gözündə qaldı, inqilab yetişir – Çöhrəqanlı

redaktor

Rusiyalı alimlərin kəşfi: Suyu 1 dəqiqəyə təmizləyir

redaktor