DünyaSiyasət

Oliqarxların tamaşası

Bəzi naiv, sadəlövh şəxslər hələ də düşünür ki, baş verən proses liberalizmin, demokratiyanın, institutların gücünü göstərir. Misalçün, postuma şərh yazıblar ki, bu şeylərin gün üzünə çıxması özü Qərb liberal demokratik institutlarının necə güclü və gözəl işlədiyini göstərir. Başqa yerdə olsaydı, belə şeyləri palaz altına süpürərdilər.

Əvvəla, institutlar o qədər güclü olsaydı, hadisələr baş verərkən onları üzə çıxarardılar və ya daha da önəmlisi, belə şeylərin sistemli, bu qədər geniş və damalı şəkildə baş verməsinə şərait yaratmazdılar. İkincisi, indi bu faylların üzə çıxması sadəcə olaraq şantaj mahiyyəti daşıyır. Epstein o şantajları kimlərin maraqları üçün edirdisə, indi də həmin güclər, yəni sionist lobbi başda ABŞ olmaqla, dünyanın siyasi və iqtisadi elitasını qorxudur ki, bizim istədiyimiz kimi addım atmasanız, fayllarınızı paylaşarıq. Misalçün, Trampı impiçmentlə qorxudurlar, bir başqasını başqa şeylə, və s. Beləcə öz maraqlarına uyğun gedişat formalaşdırırlar. Paylaşılan fayllar onsuz da var olduğu iddia edilən faylların bir hissəsidir və sansürlüdür.

Yəni institutlar, liberal demokratiya və s. illüziyadır. və sadəcə əhalinin özlərini dəyərli hiss etməsi üçün oynanılan tamaşadır. Hələ Epstein məsələsindən xali olaraq, bir çox araşdırmaçı alim ABŞ başda olmaqla Qərb liberal demokratiyasının sadəcə olaraq oliqarxların maraqlarını güddüyünü, əsasən onların istəklərini etdiklərini illər əvvəldən qeyd edirlər. Yəni ortada koskoca bir illüziya var. Başa düşürəm, illərdir sizə pompalanan, yeridilən ideyaların, fikirlərin illüziya olmasını qəbul etmək çətindir amma ziyanın harasından dönsəniz xeyirdir, oyanın bu yuxudan.

Sonda yenə də elə düşünənlərə demək istəyirəm ki, satış üçün yaxşı körpü var.

 

Elnar Bulud

Tacxeber.com

Oxşar xəbərlər

Peru prezidenti həbs edilib

redaktor

General Sarvarovun partlayışının baş verdiyi yerin yaxınlığında Moskvada daha bir terror aktı törədilib.

redaktor

Azərbaycana qarşı hibrid hücumlar… – Casus şəbəkə

redaktor