23.7 C
Bakı
09 İyun 2026 19:11
DünyaSiyasət

“Azərbaycanla sülh qurulub və ondan etibarlı təhlükəsizlik zəmanəti yoxdur” – Paşinyan

Ermənistan ordusunu inkişaf etdirməyə davam edəcək, çünki ordu dövlətin ən vacib institutlarından biridir.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkələrdə bildirib.

“Ordumuz çətin bir formalaşma dövrü keçib, çətinliklərlə və çağırışlarla üzləşib. Lakin bu gün əminliklə deyə bilərik ki, müdafiə qabiliyyəti gündən-günə artan bir orduya sahibik. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyət və parametrlərdə böyük miqdarda müasir silah və hərbi texnika alınıb”, – o qeyd edib.

N.Paşinyan həmçinin sərhədlər boyunca genişmiqyaslı istehkam işlərinin aparıldığını bildirib. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan ordusunun öz beynəlxalq tanınmış ərazisini qorumaqdan başqa heç bir vəzifəsi yoxdur: “Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistan və Azərbaycan arasında sülh qurulub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Onu məhv etsəydi, yaxşı olardı” – Kadırov oğlundan danışıb

redaktor

“Bütün proses Rusiyanın əleyhinə işləyir” – Hərbi ekspert

admin

Niyə Marsa getmək mümkün deyil? – Alimlər səbəbini açıqladılar

redaktor