DünyaSiyasət

Siyasi mesajlarda savadsızlıq riski

Ağ Evin rəsmi səhifəsi Trampın pinqvinlə əl-ələ tutub getməsini əks etdirən şəkil paylaşıb. Başlıq isə belədir: “Pinqvini qucaqla”. Təbii ki, söhbət Qrenlandiyadan gedir və şəkildə Qrenlandiyanın bayrağı da əks olunub.

Hər şey “əla”dır, bir detalı nəzərə almasaq: Qrenlandiyada pinqvinlər yaşamır.

Qrenlandiyanı Antarktida ilə səhv salıblar.

Əslində isə bu, gülməli deyil. Tramp administrasiyası üzvlərinin intellektual səviyyəsi ciddi suallar doğurur.

P.S. Təsəvvür edin ki, Azərbaycanla bağlı kimsə hansısa mesaj verir və Qız qalasının yanında kenqurunun şəklini paylaşır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Qulaq as, sənin üçün vaxtımız yoxdur”: Şoyqu Avropanı hibrid müharibə ilə hədələdi

redaktor

İran sərhədə raket yığır? Foto, iddia və Azərbaycanı müharibəyə bağlayan ehtimallar

redaktor

Növbəti U dönüşü

redaktor