22.1 C
Bakı
07 İyun 2026 13:17
DigərGündəmSağlamlıq

Sağlamlıq üçün bizə bakteriya lazım imiş – Diyetoloq sirri açdı

Bədən çəkisi, xüsusilə də qarın ətrafında yığılan piylər düşündüyümüzdən daha çox bağırsaq bakteriyalarımızla əlaqəlidir. Onlardan biri də son illərin ən çox araşdırılan faydalı bakteriyası – Akkermansia muciniphiladır. Bu bakteriya bağırsağın selikli qatında yaşayır və onu qoruyur, o cümlədən arıqlama ilə birbaşa əlaqəlidir.

Tacxeber.comxəbər verir ki, bu sözləri diyetoloq Hicran Şirinova bildirib.

O vurğulayıb ki, Akkermansia səviyyəsi yüksək olan insanlarda bədən çəkisi daha stabil olur, bel çevrəsi normada qalır, ümumi yağlanma aşağı olur:“Obez insanlarda isə bu bakteriyanın səviyyəsi ciddi şəkildə aşağıdır. İkincisi isə insulin dirəncini azaldır. Akkermansia insulin həssaslığını artırır, qanda şəkər dalğalanmalarını azaldır, tip 2 diabet riskini aşağı salır. Bu səbəbdən metabolik sindrom üçün əsas bakteriyalardan biri hesab olunur”.

Diyetoloq qeyd edib ki, Akkermansianı artırmaq üçün əsas olanlar lif və bitki müxtəlifliyi, polifenolla zəngin qidalar, bağırsaq baryerini qoruyan qidalanmadır.

“Şəkərli qidalar, ultra-proseslənmiş məhsullar və süni şirinləşdiricilər isə bu bakteriyanı azaldır. Qarın piylənməsi təkcə kalori məsələsi deyil. Sağlam bağırsaq bərabərdir fit bədən”, – deyə H.Şirinova bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sentyabrda gözlənilən maqnit qasırğaları: Bu günlər EHTİYATLI OLUN

redaktor

Qanda şəkərin yüksəlməməsi üçün çarə tapıldı

redaktor

Azərbaycandan kömək istəyən mülki erməni Rusiya sülhməramlılarına təhvil verilib

redaktor