22.7 C
Bakı
07 İyun 2026 18:59
İdman

Mourinyo “Real” haqda: “Məni “sabun operası”na çəkməyin!”

Tacxeber.com xəbər verir ki, portuqal mütəxəssis bu cür şayiələri seriallarla müqayisə edib.

“Məni “sabun operası”na sürükləməyi dayandırın. Bir neçə yaxşı serial var, amma onlar uzun müddət davam edir. Bir-iki epizodu qaçırırsınız, sonra isə daha süjeti izləyə bilməzsiniz. Məni saymayın, seriallarda baş rolda çəkilməyəcəyəm”, – Mourinyo “Sport TV”yə deyib.

Portuqaliyalı çalışdırıcı 2010-2013-cü illərdə “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında “kral klubu” İspaniya çempionluğu, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub. Sentyabr ayından Mourinyo “Benfika”ya rəhbərlik edir.(Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan millisi hələ də komanda şəklində oynamağı bacarmır” – Fernandu Santuş

admin

Qurban Qurbanov istədiyi hücumçunu Azərbaycanda tapdı

redaktor

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

redaktor