15 C
Bakı
22 Aprel 2026 20:30
Cəmiyyət

Sürücülərə salam verin…

Aylar öncə bir dəfə axşam saatlarında BakuBus avtobusuna minəndə sürücüyə salam verdim, yorğun və bitkin üzü açıldı, gülümsəyib ehtiramla salamımı aldı. Bilmirəm niyə, bu mənim özümə çox ləzət elədi, sanki onun bu salama ehtiyacı vardı. Özümə söz verdim bundan sonra avtobusa hər minəndə sürücüyə salam verməmiş yerimə keçməyəcəm.

Gün o gündür aylardır mən hər gün 4-5 dəfə avtobusa minsəm də hər dəfə girərkən salam verirəm, izdiham və basırıq olanda belə. Bəzən sürücü salama reaksiya vermir(nadir hallarda), bəzisi gülümsəyib ehtiramla cavab verir, bəzisi də dayanacaqda olmasından istifadə edib təcili danışası olduğu adamla telefonla danışar halda olsa da söhbətini yarımçıq dayandırıb salamımı alır. Çox nadir hallarda isə bir addım içəri atandan sonra salam verməyi unutduğumu xatırlayıb geri çevrilib salam verirəm. Bütün bunlar mənim özümün də xoşuna gəlir…

Sürücülərə salam verin, məncə onların yorğunluğu və stresi aradan qalxır. İnsanları sevindirin, onlara salam verin…

Foto şərtidir…

 

Nurlan Cəfəri

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi məhbus Əhməd Məmmədli görmə qabiliyyətini itirir

admin

“Bilmirəm bu Azərbaycan gözəlini harasına baxıb seçirlər” – Aqil Abbas

redaktor

AİHM “Azadlıq” qəzeti ilə bağlı qərarını elan edib: 30 min manatlıq cərimə mətbuatı susdurmağa yönəlib

admin