Ağ Ev sosial mediada Qrenlandiya xalqına ünvanlanmış və fərqli geosiyasi istiqamətlər arasında simvolik seçim təklif edən bir şəkil paylaşıb.
Dərc olunmuş şəkildə qrenlandiyalılardan “günəşli Vaşinqton”u “buludlu Moskva və Pekin” ilə müqayisə etmələri xahiş olunur. Yazı Qrenlandiyanın beynəlxalq siyasətdəki rolu və ABŞ-ın bölgəyə artan diqqəti ilə bağlı davam edən müzakirələr fonunda dərc olunub.
