13 C
Bakı
22 Aprel 2026 12:39
DünyaSiyasət

Cənubi Koreyanın keçmiş prezidenti edam olunacaq.

Yonhap Xəbər Agentliyinin verdiyi məlumata görə, xüsusi prokurorluq qrupu Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yul üçün dövlətə qarşı üsyan işində edam cəzası tövsiyə edib.

Ölkənin cinayət məcəlləsi sui-qəsdçilərin liderinə üsyanın təşkilinə görə üç növ cəza nəzərdə tutur: ölüm cəzası, ömürlük həbs və məcburi əməyin tətbiq edilmədən ömürlük həbs.

Yun Sok-yul 2024-cü ilin dekabr ayında konstitusiyanı pozaraq hərbi vəziyyətin tətbiq edilməsi səbəbindən üsyan təşkil etməkdə ittiham olunub. Onun işi üzrə hökmün fevralın əvvəlində çıxarılacağı gözlənilir. Cənubi Koreyada ölüm hökmü 1997-ci ildən bəri ləğv edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransa Ermənistana hansı silahları satacaq? – Düpüy

redaktor

Vuçiç Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

redaktor

Ağsaqqal deputatlar seçkiyə qatılacaqlar? – Maraqlı cavablar

redaktor