11 C
Bakı
21 Aprel 2026 09:22
DünyaSiyasət

Pəhləvinin İranda etirazçılara təsirləri haqda təbliğ olunan iddialar mifdir.

İrandakı etirazlarda şahın oğlu Rza Pəhləvini dəstəkləyən “Caved şah” şüarlarının səsləndirilməsi iki səbəblə əlaqələndirilir: etirazlarda liderin olmaması və rejimdən xilas olmağın alternativ yolunun olmaması;

Hərçənd, Pəhləvinin İranda etirazçılara təsirləri haqda təbliğ olunan iddialar mifdir. Proseslərə təsir edəcək əsas qüvvə olan azərbaycanlılar Pəhləviyə qarşıdır: Güney Azərbaycanın etirazlara gec qoşulması və milli şüarlar səsləndirməsinin əsas səbəblərindən biri də məhz şahın oğlunun “mümkün dönüşü” idi və Təbriz bununla İranda rejimi dəyişdirmək istəyən xarici oyunçulara da mövqeyini çatdırdı.

– Etirazlarda aktivlik nümayiş etdirən və xaricdən dəstəklənən kürdlər də daxil olmaqla digər etniklər şah zülmünün ağır təcrübəsi unutmayıblar;
– Etirazların özəyini təşkil edən bazarlar da 1979-cu ildə taxtdan saldıqları Pəhləviləri dəstəkləmir.

Rza Pəhləvi “vitrinə çıxmaqla” xarici faktorların – ABŞ və İsrailin dəstəyini əldə etmək çalışır. Vaşinqton şahın oğlunun liderliyinə şübhə ilə yanaşır, Tramp bunu açıq şəkildə dilə gətirdi. Çünki Pəhləvi İrandakı etirazlarda “birləşdirici yox, ayırıcı fiqurdur”. Məhz bu obrazına görə Pəhləvinin liderliyində maraqlı olan iki qüvvə var.

Birincisi, Xamenei rejimidir: Pəhləvinin liderliyi etirazçılar arasında fikir ayrılığına səbəb olması baxımından rejimə sərf edir.
İkincisi, İsraildir: Pəhləvinin gəlişi post-rejim İranında Təl-Əvivin planına uyğun olan parçalanmaya yol aça bilər.

 

Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Deputat: “İsraildə səfirliyimiz açılmalıdır”

redaktor

Rusiyada səmada peyda olan sarı işıq sakinləri qorxutdu: Nüvə hücumu zənn etdilər – VİDEO

admin

YAP bu deputatlarından imtina edir – HAKİM PARTİYA PARLAMENT SEÇKİLƏRİNƏ YENİ NAMİZƏDLƏRLƏ GEDƏCƏK.

admin