23 C
Bakı
27 Sentyabr 2026 19:56
Cəmiyyət

Güzdəkdə Bəhram Məlikova məxsus olduğu karxananın işlədilməsinə hansı məmur icazə verib? – Araşdırma

Heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən karxanalar vergidən yayınır və əraziyə ekoloji zərər vururlar. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyin yanında Dövlət Mineral Xammal Ehtiyatları Agentliyi, Dövlət Əmlak Komitəsi və Vergi orqanlarıvə Əmək müfəttişliyi  tərəfindən ciddi nəzarət olunmur.

Qeyd edək ki, belə qanunsuz işlədilən daş, çınqıl karxanaların əksəriyyəti kimlərinsə himayəsi ilə fəaliyyət göstərir.

İşçilərin heç bir təhlükəsiz qaydalarına  riayət etmədən fəaliyyət göstərən karxanalara əmək müfəttişliyi niyə göz yumduğu məammalıdır?

Tacxeber.com xəbər verir ki, “Ağburun” Koorparativinin rəhbəri Bəhram Məlikovun heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən daş karxanası  kimlər tərəfindən himayə olunması artıq hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.

Məlumat üçün bildirir ki, “Ağburun” Koorparativinin rəhbəri Bəhram Məlikov aidiyyatı qurumlar tərəfindən inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq yenidən qanunsuz fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan heç bir açıqlama almaq mümkün olmadı. (Xalq)

 

Tacxeber.com

Oxşar xəbərlər

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

Giləmeyvələr fəsiləsi

redaktor