GündəmHadisəİdman

Fransanın məşhur klubu Elvin Cəfərquliyevi istəyir

Fransanın məşhur klublarından olan “Sent-Etyen” “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.

Tacxeber.com Butfootballclub.fr  nəşrinə istinadən xəbər verir ki, Elvinin bu qış transfer edilməsi üçün “Qarabağ”la danışıqlar gedir.

Xəbərdə qeyd edilib ki, Elvin Cəfərquliyev bir neçə ildir ki, “Qarabağ”ın uğurlarında böyük rol oynayır, xüsusən Avropa turnirlərindəki çıxışları ilə diqqət çəkir. Yazıda 25 yaşlı müdafiəçinin 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçildiyi və bu mövsüm sabit çıxışı ilə seçildiyi qeyd olunub.

“Sent Etyen”in son illərdə bir neçə gənc futbolçu aldığı və Cəfərquliyevin də bu siyasətə uyğun bir seçim olduğu bildirilib.

Qeyd edək ki, “Sent Etyen” hazırda Fransanın 2-ci liqasında çıxış edir və 18 turdan sonra 31 xalla 4-cü pillədə qərarlaşıb. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yəməndə məscidə qumbara atılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

redaktor

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi ?

admin

Pezeşkian istefa ərizəsini Xameneiyə təqdim edib

redaktor