DünyaSiyasət

Əraqçi İrana qarşı “terror müharibəsi” aparıldığını bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəyə qarşı “terror müharibəsi” aparıldığını bəyan etdi. O, bu açıqlamanı xarici səfirlərlə görüşdə verib.

Nazirin sözlərinə görə, İrandakı etirazlar əvvəlcə dinc xarakter daşıyıb. O qeyd edib ki, hakimiyyət iqtisadi problemlərin həlli üçün biznes nümayəndələri və digər maraqlı tərəflərlə dərhal dialoqa başlayıb. Lakin Əraqçi sonradan terrorçu qrupların etirazçıların sıralarına daxil olduğunu iddia edib.

Nazir həmçinin bildirib ki, İran hakimiyyəti iğtişaşçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı odlu silah istifadə etdiyinə dair “açıq dəlillərə” malikdir. O əlavə edib ki, bu fonda ABŞ İranı zorakılıqla və ölkədəki sabitliyi pozmaq cəhdləri ilə təhdid etməyə davam edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə niqab rəsmən qadağan edildi

redaktor

Aclığın gətirdiyi fəlakət

redaktor

Zalujnıy təsdiqlədi: Rus təyyarələri vurulu.

admin