19 C
Bakı
28 Sentyabr 2026 07:18
DünyaSiyasət

Ramzan Kadirovun səhhəti ağırlaşıb

Çeçenistan rəhbəri Ramzan Kadirovun səhhətinin ağırlaşdığı bildirilir. “Ukrinform”un Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadən yaydığı məlumata görə, Kadirovun böyrəkləri fəaliyyətini dayandırıb və o, Çeçenistanda özünə məxsus xəstəxanada müalicə alır. Xəstəxanaya Kadirov ailəsinin üzvləri, o cümlədən xaricdə yaşayan qohumları toplaşıb.

Məlumatda qeyd olunur ki, Kadirovun xəstəliyi fonunda Çeçenistanda mümkün varis məsələsi gündəmə gəlib. Əsas namizədlər arasında hökumət başçısı Maqomed Daudov, “Axmat” xüsusi təyinatlı alayının komandiri Apti Alaudinov və Kadirovun böyük oğlu Axmat göstərilir. Axmat Kadirov artıq baş nazirin müvəqqəti səlahiyyətlərini icra edən müavin vəzifəsinə təyin edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor