GündəmHadisəQalmaqal

Finlandiyada azərbaycanlı Baltik dənizində kabelin zədələnməsinə görə həbs edilib

Finlandiya məhkəməsi “Fitburg” yük gəmisinin heyət üzvü olan Azərbaycan vətəndaşının həbs edilməsi ilə bağlı qərar çıxarıb. “Yle” qəzeti onun Helsinki və Tallin arasında “Elisa” şirkətinin kabelini zədələməkdə şübhəli bilindiyini yazır.

Gəminin saxlanılması xəbəri yanvarın 1-də yayılıb. İstintaq məlumatlarına görə, gəminin 14 heyət üzvü Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Finlandiya onların hamısını saxlayıb, dörd nəfərə ölkədən çıxmaq qadağan edilib.

Polis bildirib ki, gəmidən götürülən materialların təhlili bir neçə həftə çəkə bilər. Gəmidə istintaq tədbirləri davam edir.

LSEG-nin məlumatına əsasən, gəmi Karib dənizində yerləşən Sent-Vinsent və Qrenadinin bayrağı altında üzürdü. Kabel zədələnəndə “Fitburg” Sankt-Peterburqdan Hayfaya (İsrail) doğru hərəkət edirmiş.

İlk dəfə deyil Baltik və Şimali dənizlərində kabel zədələnməsi, yaxud kəsilməsi Rusiya ilə əlaqələndirilir. 2024-cü ilin dekabrında Finlandiya “Eagle S” tankerini saxlayıb. Tanker Kuk adaları bayrağı altında Rusiya nefti daşıyırdı. Ölkə təhqiqatçılarına görə, tanker 11 ton ağırlığında lövbərini Fin körfəzinin dibi ilə 90 km sürükləyərək “Estlink 2” Finlandiya-Estoniya elektrik kabelini və dörd internet xəttini zədələyib. Onlar tankerin “kölgə donanmasına” aid olduğunu bildiriblər. Tankerin kapitanı və Gürcüstan vətəndaşı olan birinci köməkçisinə ittiham irəli sürülüb, amma məhkəmə onları rədd edib. Məhkəmədə cavabdehlər gəminin lövbərinin təsadüfən düşdüyünü bildiriblər.

2025-ci ilin yanvarında isə Latviyanın tələbi ilə Norveçdə “Silver Dania” gəmisi rusiyalı ekipajla birlikdə saxlanıb: gəmi Latviya və İsveç arasında olan sualtı fiberoptik kabelin zədələnməsində şübhəli bilinib. Gəmi Sankt-Peterburq və Murmansk arasında hərəkət edirdi. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İmişlidə etiraz əlaməti olaraq açıq havada dərs keçən müəllim işdən qovulub.

admin

Şok görüntülər: İran hərbçiləri belə yaxalandı – Video

redaktor

Bu gün Türkiyə yeni prezidentini seçir

redaktor