19 C
Bakı
20 Oktyabr 2026 03:47
Gündəmİdmanİqtisadiyyat

“Qarabağ” Koxalskiyə qiymət qoydu, nə az, nə də çox ……..

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) hazırda “Borussiya Dortmund”a transfer olunmağı planlaşdırmır.

Polşa mətbuatının yaydığı məlumata görə, Ağdam klubu artıq qolkiperin transfer qiymətini müəyyənləşdirib.

Məbləğ 7 milyon avro təşkil edir.

Qeyd edilir ki, “Borussiya” maliyyə baxımından bu məbləği ödəməyə qadir olsa da, transfer mövzusu hazırda nə klub, nə də futbolçunun özü üçün prioritet sayılır.

Bildirilir ki, Koxalski Azərbaycanda özünü rahat hiss edir və ən azı 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmaq niyyətindədir. O, komandanın əsas heyətində möhkəm yer tutub, mütəmadi olaraq Çempionlar Liqasında çıxış edir və klub real olaraq pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparır.

“Borussiya Dortmund”da isə əsas qapıçı mövqeyi İsveçrə millisinin üzvü Qreqor Kobelə məxsusdur. Kobelin, xüsusilə dünya çempionatına hazırlıq mərhələsində, yerini kiməsə vermək niyyətində olmadığı vurğulanır.

Qeyd olunur ki, Koxalski karyerasına çox düşünülmüş yanaşır və yalnız TOP-5 liqalardan gələn təkliflərə görə tələsik qərarlar qəbul etmir. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor