26 C
Bakı
28 Sentyabr 2026 16:12
DünyaGündəmSiyasət

Tarix təkrardan ibarətdir, azacıq fərqlə…

Bu günkü gün, 25 dekabr 1979-da SSRİ heç bir səbəb və hüquqi əsaslar olmadan Əfqanıstana hücum etdi. Həmin ölkəni demilitarizasiya həm dereligizasiya etmək adı ilə işğal savaşı apardı. Eynilə Rusiyanın Ukraynaya hücumu, işğalı kimi

Əfqan xalqı da, böyüklü-kiçikli vətəni qorumağa qalxdı. Özü də itki versə, Sovetin ordusunun da, on minlərlə əsgər-zabitini məhv etdi, cəhənnəm yaratdı. Hər tindən, hər qaya arxasından rusun tanklarını vurdu. Çox şücayət, mərdlik göstərdi.

10 il mübarizənin nəticəsində 2-ci dünya gücü sayılan SSRİ ordusunu məğlub etdi. 1989-cu il SSRİ müharibəni uduzdu, Əfqanıstandan qaçdı, sözün əsil mənasında. Yadımdadır, hələ qaçan vaxtı da, düz Əfqanıstan sərhədinədək əfqanlar Sovet ordusunu təqib edir, əl çəkmirdi, qırırdılar.

Nəticəsı belə oldu: 2 il sonra, 1991-ci ildə SSRİ dağıldı, heç kimin buna güman etmədiyi halda! Görəsən, Rusiyada müdrik başlar bundan ibrət götürürlərmi, Ukraynaya açdıqları işğalla bağlı? Tarix göstərir ki, işğalın iki başı olur, işğalçının özünü çökdürə bilir: Roma, Monqol, Hitler və s.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor