22.8 C
Bakı
10 İyun 2026 02:12
DünyaMuharibəSiyasət

Taker Karlson ABŞ və Rusiyaya müharibə elan etdi.

Rusiya və ABŞ, Amerika cəmiyyətini bürümüş anti-Rusiya isteriyası səbəbindən faktiki olaraq müharibə vəziyyətindədirlər. Bu fikri jurnalist Taker Karlson keçmiş konqresmen Mett Qetzlə müsahibəsində bildirib.

Karlson bildirib ki, “Bu gün biz faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindəyik, çünki bu isteriya bu müharibənin ilkin şərti idi”.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında əməkdaşlıqla Avropa və Asiyada vahid təhlükəsizlik arxitekturasının yaradılması dünyanı daha təhlükəsiz edə bilər. Bu, həmçinin ekstremizmlə mübarizə, sərhədlərin möhkəmləndirilməsi və ticarətin inkişafı üçün imkanlar yaradacaq.

Karlson Rusiyanın nəhəng mineral ehtiyatlarına malik bir ölkə olduğunu qeyd etdi və yazıçı Fyodor Dostoyevskidən bəhs edərək ölkənin dünya mədəniyyətinə verdiyi töhfəni xatırlatdı.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Surxay: “300 manat qazanır, deyir, əla yaşayıram“

redaktor

Mehdiyev həbsxanaya düşsə, tezliklə ölə bilər – Əli İnsanov danışdı

redaktor

Zirəddindən qorxunc proqnoz: Dəhşətli partlayış olacaq

redaktor