DünyaSiyasət

İsveç sanksiyalar çərçivəsində Rusiya gəmisini saxlayıb.

Expressen-in İsveç Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, İsveç gömrük rəsmiləri sahil mühafizəsi əməkdaşları ilə birlikdə sanksiyalar altında olan Rusiyaya məxsus Adler konteyner gəmisini saxlayıblar.

İsveç Gömrük Xidmətinin sözçüsü Martin Höqlundun sözlərinə görə, gəminin gömrük yoxlaması davam edir. O qeyd edib ki, “Gömrük yoxlaması hələ başa çatmayıb, ona görə də nəticələrini deyə bilmərəm”.

İsveç hakimiyyət orqanlarının məlumatına görə, konteyner gəmisi 21 dekabr gecəsi Höganas şəhəri yaxınlığında İsveç ərazi sularında lövbər saldıqdan sonra gömrük və sahil mühafizəsi rəsmiləri gəmiyə miniblər.

Höglund aydınlaşdırdı ki, saxlanılmanın səbəbi gəminin məcburi gömrük bəyannaməsini təqdim etməməsidir ki, bu da mövcud qaydaların pozulmasıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Əli Əsədovun əleyhinə səs verən deputat kimdir? — Vasif Talıbov müəmması…

redaktor

Trampdan vəd – Prezident seçilsə…

admin

İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı

admin