13 C
Bakı
24 Mart 2026 17:18
DünyaSiyasət

Tramp rekord qıran ABŞ müdafiə büdcəsini imzaladı. Ukrayna nə əldə edəcək?

ABŞ Prezidenti Donald Tramp ölkənin 2026-cı maliyyə ili üçün ümumi məbləği 900 milyard dollardan çox olan müdafiə büdcəsini təsdiqləyib. Ağ Evin məlumatına görə, bu məbləğin təxminən 400 milyon dolları Ukraynaya silah təchizatı üçün nəzərdə tutulub.

3000 səhifədən çox olan sənəddə müdafiə xərclərinin 901 milyard dollar təşkil etməsi nəzərdə tutulur ki, bu da prezident administrasiyasının ilkin tələbindən 8 milyard dollar çoxdur. Qanun layihəsi hərbi xərclərin əsas sahələrini — gəmilərin, təyyarələrin və raket sistemlərinin alınmasından tutmuş hərbi maaşların artırılmasına və müasir geosiyasi çağırışlara cavab tədbirlərinə qədər hərtərəfli şəkildə tənzimləyir.

Qanunu imzalayarkən Tramp onu təkcə orduya külli miqdarda maliyyə ayırdığına görə deyil, həm də əvvəlki bir sıra icra sərəncamlarını qanuna çevirdiyinə görə dəstəklədiyini vurğuladı. Bunlara Qızıl Günbəz raketdən müdafiə sistemi üçün vəsaitin ayrılması və Pentaqon daxilində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının ləğvi daxildir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mossad”: SEPAH komandirləri Xameneini qərar qəbul etmək səlahiyyətlərindən kənarlaşdırıblar

redaktor

Öz kökü üstündə bitən ot: Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş

redaktor

Tramp Kubaya “dostcasına” hücum etmək istəyir

redaktor