31 C
Bakı
23 Avqust 2026 19:28
DünyaSiyasət

“Mossad”: SEPAH komandirləri Xameneini qərar qəbul etmək səlahiyyətlərindən kənarlaşdırıblar

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) iki yüksəkrütbəli komandiri – Məhəmməd Hicazi və Məhəmməd Pakpur İranın Ali Lideri Əli Xameneini qərar qəbul etmək səlahiyyətlərindən faktiki olaraq kənarlaşdırıblar və hazırda onlar müstəqil fəaliyyət göstərirlər.

Tacxeber.com “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, “X” sosial şəbəkəsində İsrailin “Mossad” kəşfiyyat xidmətinə aid edilən rəsmi hesabda belə deyilir.

Bildirilir ki, onlar ali dini liderlə danışıqları faydasız hesab edirlər və dövləti idarə etmək üçün alternativ direktorlar şurası yaradıblar.

Komandirlərə aşağıdakı sözlər aid edilir: “Hər şey əladır – hava hücumundan müdafiə sistemləri yerindədir, raket qurğuları hazırdır”. Halbuki məlumatlara görə, “İran səması açıq və müdafiəsizdir”.

Sarkazmlı müraciətin sonunda deyilir: “Yuxulayan cənabın diqqətinə!”

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan və Özbəkistan: Avrasiyanın yeni strateji körpüsü

redaktor

İranda hazırkı siyasi və inzibati durum barədə…

redaktor

Azərbaycan-Özbəkistan ittifaqı: Bakı-Daşkənd əməkdaşlığı yeni mərhələdə

redaktor