DünyaMuharibə

Rusiya Ukraynanın energetika obyektlərinə hücum edib, bir milyondan çox abonent işıqsız qalıb

Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir milyondan çox abonent elektrik enerjisiz qalıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram” kanalında məlumat verib.

Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı 5 nəfər yaralanıb.

Klimenko bildirib ki, elektrik təchizatı baxımından ən ağır vəziyyət Odessa və Nikolayev vilayətlərindədir. O, həmçinin təkrar zərbələr təhlükəsi səbəbindən bəzi ərazilərdə xilasedicilərin yanğınsöndürmə işlərini müvəqqəti dayandırmalı olduqlarını qeyd edib.

“Şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün məsafədən yanğınsöndürmə üsullarından – robotlaşdırılmış texnika və köpük yaradan vasitələrdən istifadə edirik”, – nazir əlavə edib. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Bidzina İvanişviliyə sanksiyalar tətbiq etdi və Salome Zurabişvilini isə Trampın andiçmə mərasiminə dəvət etdi.

admin

Podolyak Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

redaktor

Ərdoğan Bahçelini evində ziyarət etdi – Fotolar

redaktor