DünyaSiyasət

Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil… – Epşteyn işi

ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsindəki Demokrat Partiya üzvləri maliyyəçi Ceffri Epşteyn işi üzrə 95 min yeni fotoşəklin təqdim edildiyini açıqlayıb.

Bəyanatda deyilir:

“Bu narahatedici görüntülər Epşteyn və onun dünyanın ən nüfuzlu insanlarından bəziləri ilə münasibətləri ilə bağlı daha çox sual doğurur”.

Xatırladaq ki, Epşteyn yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunub və istintaq zamanı intihar edib. Noyabrın 20-də ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyindən Epşteynə qarşı federal istintaqın məxfiliyini 30 gün ərzində açmasını tələb edən qanunu imzalayıb.10 dekabrda Nyu-York ştatının cənub dairə məhkəməsi Epşteyn işi üzrə materialların dərcinə icazə verib. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Nyu-York meri Məmdaninin ermənipərəst çıxışı

redaktor

Rəisini daşıyan helikopter qəzaya uğradı

redaktor

Hansı ölkədə ölmək qadağandır – Qədim virusun bununla nə əlaqəsi var?

redaktor