17 C
Bakı
28 Sentyabr 2026 10:50
DünyaSiyasət

“Atam Ukraynaya arxa çevirə bilər” – Trampın oğlu

“ABŞ prezidenti Donald Tramp Ukraynaya arxa çevirə bilər”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Dohada keçirilən forum zamanı Ağ Ev rəhbərinin oğlu, kiçik Donald Tramp deyib.

“Atamın ən unikal cəhəti odur ki, onun nə edəcəyini heç vaxt bilmirsən. Onun gözlənilməzliyi hər kəsi ağıllı və səmimi olmağa məcbur edir”, – deyə o qeyd edib.

Kiçik Tramp əlavə edib ki, Ukraynada korrupsiya uzun müddətdir mövcud olan problemdir və bu məsələ beynəlxalq tərəfdaşların narazılığına səbəb olur. Qeyd edək ki, “Bloomberg”in ötən gecə yaydığı xəbərə görə, Tramp Moskva ilə Kiyev arasında sülh razılaşması əldə edə bilməsə, ABŞ Ukrayna münaqişəsindən imtina edə bilər.

Ən pis ssenaridə Rusiyaya qarşı təzyiq azalacaq, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi dayandırılacaq və Amerika silahlarının istifadəsinə qadağa qoyulacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor

Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin azaldılması tələbinə verdiyi cavabı açıqlayıb

redaktor

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor