15 C
Bakı
22 Aprel 2026 20:55
Dünyaİdman

Bu gün DÇ-2026-nın püşkü atılır

Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Mərasim ABŞ-ın paytaxtı Vaşinqtondakı “Kennedi Senter”də olacaq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və Azərbaycanda İctimai Televiziya vasitəsi ilə canlı yayımlanacaq.

DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq. Püşkatmanın səbətləri isə aşağıdakı kimidir:

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.

4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FİFA pley-off qalibləri (2 komanda).

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələdi

redaktor

“Bizdə yalnız bir Putin var” – Peskov

admin

DÇ-2022: “Fənərbağça”nın hücumçusu millinin tarixinə düşüb

redaktor