19 C
Bakı
01 Oktyabr 2026 09:03
Hadisəİqtisadiyyat

Rusiyada böyük biznesi olan eks deputatın oğlu indi də Bakıda restoran biznesinə “qədəm qoyub”.

Fövqəladə Hallar Nazirliyi (FHN) Qasımov Taleh Əsabil oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, giriş 211A ünvanında inşa olunan obyektin istismarına icazə verib.

Tacxeber.com “Yeniavaz.com”-a istinadən xəbər verir ki, tikinti sahəsi 184,1 kvadratmetr olan bina 1 mərtəbədən ibarətdir.

Qeyd edək ki, FHN binaya 24 iyul 2025-ci il tarixli 08231 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumat üçün bildirək ki, iaşə obyektinin sifarişçisi olan Taleh Qasımov sabiq millət vəkili Əsabil Qasımovun oğludur.

Məlumat üçün bildirək ki, Taleh Qasımov Rusiyanın Kislovodsk şəhərində fəaliyyət göstərən “İstoçnik” sanatoriyasının sahibi olan “Sanatoriya İstoçnik Kislovodsk” şirkətinin təsisçisidir. Onun şirkətdəki payı 80%-ə bərabərdir. Taleh Qasımov eyni zamanda Stavropol diyarında qeydiyyatda olan “Ekspo” (100%) və Moskva şəhərində qeydiyyatda olan “Biznes-Çentr Bernikov” şirkətlərinin də (50%) təsisçisidir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin