10 C
Bakı
26 Aprel 2026 01:25
DünyaSiyasət

Azərbaycan uçuruma gedir — çıxış yolu islahatdır, zindan yox

Tanınmış iqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli, Əli Kərimlinin həbsi fonunda bildirir ki, hökumət siyasi məsuliyyət hissindən çıxış edərək ölkədə “təmizləmə” aparmalıdır. Onun fikrincə, bu prosesdən sonra real islahatlara başlamaq imkanı yaranacaq. Natiq Cəfərli misal kimi Müdafiə Nazirliyini göstərir: Ramiz Mehdiyevin təsir imkanları orada məhdudlaşdırılandan sonra nazirlik daha ciddi addımlar ata bildi.

Demək olar, hər gün Azərbaycan iqtidarını siyasi və iqtisadi islahatlara başlamağa çağırıram. Əgər islahatların başlanması üçün müxalifətin həbsi vacib şərtdirsə, buna heç bir etirazım yoxdur. Təkcə AXCP və ya Müsavatı deyil, istəsələr “avtobus müxalifəti”ni də həbs edə bilərlər. Lazımdırsa, mən də Bakıya gəlim — məni də zindana atın. Nə lazımdırsa edin, yetər ki, siyasi və iqtisadi islahatlara başlanılsın. Özü də təcili şəkildə.

Əks halda, yaxın vaxtlarda Azərbaycan vətəndaşları 5 manat qazanmaq üçün Ermənistana və Gürcüstana gedib hamballıq etməyə məcbur qalacaqlar. Vəziyyət bu qədər kritikdir.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Kılıçdaroğlu harada səhv etdi? – Məğlubiyyətin səbəbləri

redaktor

Yardım üçün gətirilən yorğanın içindən qızıllar çıxdı – FOTO

redaktor

Putindən “Əsədi verin“ tələbinə REAKSİYA

redaktor