22.1 C
Bakı
07 İyun 2026 11:42
CəmiyyətHadisə

Əli Kərimli barəsində 2 ay yarım həbs qətimkan tədbiri seçildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə dekabrın 1-də Səbail Rayon Məhkəməsində qərar verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakıda şagird qızılcadan vəfat etdi.

admin

Məmməd Məmmədovun icra başçısı olduğu Tovuzda 3.6 milyonluq “əməliyyat” – Görün hara köçürülüb? (ARAŞDIRMA)

redaktor

Azərbaycanda qəribə hadisə: İkidişli uşaq dünyaya gəldi – VİDEO

redaktor