31.6 C
Bakı
13 Avqust 2026 16:32
DünyaSiyasət

Səssizləşdirilən cəmiyyətin səsi

Ölkədə normal məhkəmə sistemi yoxdur deyə, istənilən siyasi, ictimai şəxsin həbsi, saxlanılması şübhə və etiraz doğurur, mən, şəxsən, heç kimin fikrinə, ideyasına, siyasi fəaliyyətinə görə həbs olunmasını istəmirəm (sübuta yetirimiş cənayət faktları varsa – bu başqa məsələ, amma, daşdan keçən sübut, inandırıcı arqumentlər olmalıdır), buna qarşıyam, ölkədə həbsdə olan jurnalistlərin, sivil toplum nümayəndələrinin azadlığa çıxmasını arzu edirəm – yeganə istəyim siyasi səhnənin 30-35 illik çirkabdan təmizlənməsi, məmləkətdə normal, ideoloji siyasi rəqabətin yaranmasıdır.

Hökumət də bilməlidir ki, heç bir sistem, heç bir dövlət, heç vaxt müxalif düşüncəni susdura, ləğv edə bilməz – SSRİ belə bunu bacarmadı. Özü də ki, bu gün hakimiyyətin ən böyük “müxalifəti” elə özüdür – hökumətin apardığı yanlış iqtisadi siyasətdir, bu gün iqtisadiyyatdan, sosial problemlərdən, ədalətsizlik hissindən böyük “müxalifət” yoxdur, o problemləri isə həbslər, vətəndaşların susdurulması cəhdləri həll edə bilməz…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Paris-18 mart 1314 cümə günü…

redaktor