Son günlər bir sıra sənət adamları tərəfindən Mədəniyyət Nazirliyinə qarşı aparılan kampaniya ciddi müzakirələrə səbəb olub.
Tacxeber.comxəbər verir ki,məsələ ilə bağlı Xalq artisti Nazpəri Dostəliyeva Demokrat.az-a açıqlamasında Mədəniyyət Nazirliyinə qarşı aparılan bu kampaniyanı pisləyib:
“Doğrusu, Mədəniyyət Nazirliyi ilə bağlı səsləndirilən fikirlərlə şəxsən tanış deyiləm. Mən bu dövlətin Xalq artistiyəm, titul və adım var. Bu tipli məsələlərə də qarışmıram. Mədəniyyət Nazirliyinin fəaliyyətindən də heç bir narazılığım yoxdur. İndiyədək Nazirlik tərəfindən nə məndən pul istənilib, nə də başqa pis addım görməmişəm. İnanmıram ki, mədəniyyət nazirimizin fəaliyyətində hər hansı xoşaglməz hallar olsun. Dövlət və xalqımız üçün sənətimi hər zaman ən yüksək səviyyədə nümayiş etdirməyə çalışmışam və bundan sonra da belə davam edəcəm”.
