24 C
Bakı
21 Oktyabr 2026 14:05
DünyaGündəmSiyasət

Adam öz evində ədalət axtarmadan dünyanın dərdinə yananda inandırıcı görünmür.

Əlbəttə, Ukraynanı dəstəksiz qoymaq, Ukraynanı əzici sülhə təhrik etmək, Rusiyaya nəfəslik yaratmaq yanlış olar. Demokratiyaya zərbə, dəyərlərə arxa çevirmək olar. Dünyanın şər qarşısında təslimiyyəti, ədalət tərəzisinin qırılması olar.

Amma və lakin… Ömründə bir dəfə əzilənin yanında olmayan, ölkəsindəki bütün hüquqsuzluqları sükunətlə seyr edən, “ac qulağım, dinc qulağım” düsturunu həyat tərzinə çevirən adamların “Qərb Ukraynaya arxa çevirir” deyib, təəssüflənməsi, adamın əsəblərinə “dron” zərbəsi endirir.
Zalım oğlu korrupsiyanın, ədalətsizliyin işğalına görə barmağın tərpətmir,  Luqanskiyə, Donetskiyə görə yumruğunu stola çırpır.

P..S.Ukraynaya birmənalı və sona qədər dəstək sivil dünyanın qürur məsələsinə çevrilməlidir. Bu həm də dünyanın dəyərlər kontekstində əsas imtahanıdır. Ümid edək ki, hər şey yaxşı olacaq.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

İranın diplomatik təmkinlə verdiyi mesaj Türkiyədəki bəzi siyasi

redaktor

Yəməndə böyük hücumun hazırlıqları son mərhələyə keçir

redaktor

Ukrayna cəbhədə irəlilədikcə Tramp Kiyevə təzyiqi artırır

redaktor