DünyaGündəmHadisə

Çeçenistandan qaçmış qadının Ermənistanda qəsdən öldürülməsi şübhəsi ilə cinayət işi açılıb

Çeçenistanda məişət zorakılığından qaçmış Ayşat BaymuradovaYerevanda ölü tapılandan sonra qəsdən öldürmə maddəsi ilə cinayət işi açılıb. Məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Qurumun bildirdiyinə görə, cinayətdə iki nəfər ittiham olunur, barələrində axtarış elan edilib. Ermənistan hüquq-mühafizə orqanları bunu Baymuratovaya kömək etmiş “СК SOS” böhran qrupunun müraciətinə cavab olaraq bildirib.

Artıq Ermənistanda dindirmələr, qadının meyitinin tapıldığı mənzildə axtarış aparılıb. Ekspertiza təyin olunub. Axtarışa verilənlər barəsində həbs-qətimkan tədbiri seçilib. Amma hüquq müdafiəçiləri həmin şəxslərin adlarının açıqlanmadığını bildirirlər.

Çeçenistanlı A.Baymuratova keçmiş ərinin zorakılığına məruz qalandan sonra Çeçenistandan qaçmışdı. Oktyabrın 20-də onun meyiti bir mənzildə tapılıb. Qadına kömək etmiş hüquq müdafiəçiləri onun ölümündə çeçenlərin əli olduğunu deyirlər. Baymuratovanın tanışlarının dediyinə görə, onun atası Çeçenistanda güc strukturlarında çalışıb, nənəsi isə Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun yaxın qohumudur.

Ayşat Ermənistana qaçandan sonra sosial şəbəkələrdə Kadırov rejimini, Çeçenistandakı patriarxal rejimi tənqid edirdi, harada yaşadığını gizlətmirdi.

Polis müşahidə kameralarının köməyi ilə Ayşatın meyitinin tapıldığı mənzildən çıxan iki nəfəri müəyyənləşdirib. Onlardan biri Ayşatın münasibət saxladığı Karina İminova, digəri isə terrorçuluğun maliyyələşdirilməsi üzrə məhkum edilmiş çeçen əsilli Səid-Həmzət Baysarovdur. 2019-cu ildə ona qarşı bütün ittihamlar qaldırılıb. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

admin

Rusiyanı sarsıdan “Hörümçək toru” əməliyyatından Trampın əvvəlcədən xəbəri olub?

redaktor

“Şeytan ayələri” yenidən bestseller oldu

admin