Toksik siyasi münasibətlər və qütbləşmələr. Heydərizm və Əli Kərimovçuluq.
30 ildir müxalifətin dilində Avtoritar rejimler, avtoritar hakimiyyət, avtoritar hökümət ifadələrini çox eşitdik.
Bu sözlər, ifadələr özünü demokratik adlandiran, əslində isə demokratik prinsiplərə uyğun gəlməyən təbliğat və üslublarla mübarizə aparan müxalifət düşərgəsinin sözləridir, ifadələridir.
Son 30 ildə “demokratik müxalifətin” sadəcə sosial şəbəkələrdəki çixişlari, şüarlari, şəxsiyyətləri, onlarin fikirlərinə uyğun gəlməyən fikirləri, onlara dəstək verməyən kəsimləri, onlarla razilaşmayanlari, onlarin xoruna qoşulmayanlari, onlarin geosiyasi görüşlərini dəstəkləməyənləri sürü ilə linc etmələri, mənəvi- psixoloji terror etmələri nə deməkdir?
Bu bizə icazə verirmi ki, sözdə “demokratik müxalifət” adlanan kəsimlərə avtoritar müxalifət deyək.
Dünən bu avtoritar müxalifət, başda əziz müəllimim Cəmil Həsənli olmaqla, Fazil Qəzənfəroğlunu linc etdilər. Bu Cəmil müəllimə yaraşmirdi, yaraşdirmiram.
Cəmil muəllimin Fazil Qəzənfəroğlu haqda yazisini qoyaq bir tərəfə, bu yazinin altindan Fazil bəyi linc edən sürü rəyləri məni heyrətə düşürdü. Etməyin cənablar, sizdə bu nifrət, bu düşmənçilik hardandir, Fazil bəy sizin yaninizda deyilsə, sizinlə birgə hərəkət etmirsə, sizin kimi düşünmürsə düşmənmi olur? Nəyi satib, nə edib ki, Fazil bəyi linc edirsiniz. Bir suala cavab verin görək,
Fazil bəy sizin yaninizda niyə durmalidir? Sizdə yaxşi, fərqli nə var? Siz hansi perspektivləri vəd edirsiniz? Sizdə ədalət varmi? Siz özünüz demokratsinizmi? Əsla! Əsla! (Burada düzgün başa düşülmək istərdim. Mövzu Fazil Qəzənfəroğlu deyil. Fazil bəylə tələbə yoldaşi olmuşuq, birlikde bir yol getmişik, indi məni görəndə özünə əziyyət verib güclə salam verir, hətta çox yerdə heç tanimamaga çalişir da bu öz yerində, heç onun salamina da ehtiyacim da yoxdur. Burada söhbət fikir ürətən, rəy formalaşdiran insanlarin linc edilməsinə etirazdan gedir. AXCP yalniz F.Qəzənfəroğlunu deyil, onlari tənqid etmək cürətində bulunan hər kəsi linc edir. Bu siyasi partiya ənənəsinə uyğun deyil. Siyasi partiya belə olmur).
Demokratiya başqalarinin seçiminə hörmət etmək mədəniyyətidir.
Avtoritar müxalifətin şəxsiyyətləri terror etme üslublari avtoritar hakimiyyətin üslublarindan daha acimasiz, qeyri əxlaqi, daha kəskin üslubdur.
Avtoritar müxalifət hakimiyyətə gələrsə, Azərbaycana yaşatdiqlarindan qorxuram. Avtoritar müxalifətin kollektiv şəkildə linc etmə üslublari 37- ci illərdə M.C.Bağirovun repressiya məhkəmələrinə bənzəyir.
Kim avtoritar müxalifətin xoşuna gələn mövqedən çixiş edib, fikir sərgiləyirsə avtoritar müxalifət onu qəhrəman elan edir. Kim onlarin fikrini dəstəkləmirsə, o şəxs sürü linc etmə kompaniyasina tuş gəlir, xain, hakimiyyətə satilmiş, düşmən elan edilir. Məsələn, bunlar Əliyev düşərgəsindən Milli Şuraya transfer etmiş Gültəkin Hacibəylini qəhraman, haqq mələyi, Elçibəy düşərgəsindən Əliyev düşərgəsinə transfer etmiş Fazil Qəzənfəroğlunu, satqin, xain adlandirirlar.
Əslində isə bu siyasi etikaya və demokratiyaya ziddir, ona görə ki, demokratiya seçim azadliğidir, eyni zamanda siyasət statik sahə deyildir, zaman zaman siyasi düşərgələr və fikirlər arasinda teansferlər və dəyişikliklər olur. Bu Türkiyədə də belədir, Avropada da. Siyasi etika deyir ki, Kimsə özünü mənsub olduğu partiyada reallaşdira bilmirsə, özünü reallaşdiracaği partiyaya və düşərgəyə keçmək azadliğina sahibdir.
Avtoritar müxalifətlə avtoritar hakimiyyət Azərbaycani kəskin qütbləşmələrə sürükləyir. Bu qütbləşmelər qeyri əxlaqi, qeyri insani, anti millidir. Getdikcə daha da amansizlaşir.
Avtoritar müxalifət Azərbaycana uğurlu gələcək vəd etmir. Bunlar hakimiyyətə gəlsələr bütün alternativləri yox edəcəklər. Azərbaycan daha bir repressiya dalğasi yaşayacaq.
Avtoritar müxalifətçi kəsimlər demokratiyadan, insan haqlarindan danişirlar ya, əsla bu şüarlara aldanmayin. Avtoritar müxalifət nə öz içində, nə də Azərbaycan içində nə insan haqlarina sayği göstərərlər, nə də demokratik ənənələrə. Bunlar özləri demokrat deyillər.
Avtoritar müxalifətin 30 illik geosiyasi çağirişlarini özətlərsək belə bir nəticə alinir.
Ey Qərb, ey Amerika, ey Avropa mən daha yaxşi satqinam, məni seç, məni dəstəklə, mən hakimiyyətə gələrsəm Azərbaycani gətirib Avropa ölkəsinə çəvirəcəm, Azərbaycani Qərb ailəsinə qatacam. Hər şeyi sizə peşkeş çekecem…
Avtoritar müxalifət
– TDT-ni, Türk birliyini diktatorlar birliyi adlandirib gözdən salir. Bu birliyi əsla dəstəkləmir.
– 1 milyona yaxin Ermənistan vətəndaşi olan türkün Qərbi Azərbaycana Qayidiş ideyasini ələ salir, ümumiyyətlə bu ideyanin adini belə çəkmir, dəstək vermir, iqnor edir.
– Göyçə Zəngəzur ideyalarini Rusiyanin plani hesab edir.
Avtoritar müxalifət İrana bağli Şiyə qruplarinin Azərbaycanda Kərimə dövləti yaratmalarina kəskin etiraz bildirmədi, əksinə, yeri gəldikcə onlari müxtəlif seqmentlərdə, insan haqlari çərçivəsində müdafiə etdi. Bir düşünün, Xomeyniyə bağli kəsimlərin Azərbaycanda islam inqilabi həyata keçirmək ideyalari gerçəkləşsə nələr olardi, bu İran – Şiyə kəsimi Qarabağ savaşinda Ermənistanin yaninda olub, Ermənistana dəstək verirdi.
Avtoritar müxalifət kosmopolitdir, milli kimlik inşa etmək kimi plani yoxdur, milli ideya təsəvvürləri Sovet Azərbaycanindaki Stalin təsəvvürləridir. Onlarin mediyasi hələ də “Azərbaycan dili”, Azərbaycan milləti” ideyalarini təbliğ edir.
Avtoritar müxalifətin Türk millətinin gələcəyi və Türk birliyi ilə bağli hər hansi strateji hədəfi, inanci, təsəvvürü, proqrami, vizyonu yoxdur.
Avtoritar müxalifətin savaşdan öncə, Qarabağin işğaldan azad edilməsi haqdaki təsəvvürləri və ideyalari da heç yox idi, içi boş qeyri real analizlərdən başqa bir şey yox idi.
Avtoritar müxalifət demokratik hökümet, demokratik cəmiyyət qura bilməz. Çünki öz fikirləri, düşüncələri, mübarizə metodlari avtoritardir.
Demokratiya sadəcə hökümət, rejim problemi deyil, insan problemidir. İnsan özü gerek intellektual baximdan, düşüncə və mənəviyat baximdan elə səviyyəyə yüksəlsin ki, özü demokrat olsun ki, demokratik hökümət qura bilsin.
Nə cəmiyyətimiz, nə hakimiyyətimiz, nə müxalifətimiz demokrat deyil. Bizə hələ bundan sonra demokratik cəmiyyət qura bilmək üçün zaman lazimdir, yeni nəsillər lazimdir, bu müxalifətlə, bu hakimiyyətlə, YAP + AXCP ilə demokratiya qurmaq olmaz. Olmur.
YAP + AXCP idarəetmə metod və təsəvvürləri baximdan eynidir. İkisi də avtoritardir. İkisini də bizim cəmiyyətimiz doğurub. Deməli cəmiyyətimizdə, sosial strukturumuzda, mental ənənələrimizdə problemlər var. Bizim ən böyük problemimiz İnsan problemidir, İnsani yetişdirən Təhsil problemidir.
Lakin YAP avtoritar hakimiyyəti, İ.Əliyev höküməti geosiyasi strateji proqramlarinda, hədəflərində, ulusal kimlik quruculuğunda avtoritar AXCP- dən çox irəlidədir.
Avtoritar müxalifət ildə bir iki dəfə Rəsulzadənin və Elçibəyin məzarlarini ziyarət etməklə kifayətlənirsə (ki, əslində həm də Rəsulzadə və Elçibəy ideyalarindan çox uzaqdirlar, Rəsulzadənin və Elçibəyin hökümətində Türk dili və Türk milləti anayasada təsbit olunmuşdu, lakin avtoritar müxalifət onlarin əksinə olaraq, hələ də Stalinin proqramina uyğun olaraq Azərbaycan dili, milləti ifadələrini işlədirlər ), avtoritar hakimiyyət Rəsulzadənin və Elçibəyin proqramini həyata keçirirlər, hətta onlari belə aşan böyük hədəfləri gerçəkləşdirməyə çalişirlar. TDT- nin qurulmasi buna əyani misaldir. Pakistan- Azərbaycan- Türkiyə ittifaqi buna bir misaldir, Azərbaycan günü- gündən Türkiyə və Türküstan arasinda bir körpüyə, bir mərkəzə çevrilməkdədir. Avtoritar müxalifətin belə bir xəyali, hədəfi vardimi? Yox! Yox!
Hə, onlarin da xəyallari var. Azərbaycan- ABŞ- Böyük Britaniya ittifaqi qurmaq, yaxud da AB+Azərbaycan ittifaqi qurmaq. Bu yaxşi arzudur, lakin real deyil. Türkiə- AB münasibətləri göstərdi ki, geosiyasi ittifaqlarin təməlində ortaq fəlsəfə dayanir. Bizim ABŞ, AB -yi ilə ortaq fəlsəfəmiz, ortaq tarixi mirasimiz yoxdur.
Biz ortaq tarixi mirasi paylaşan dünya ilə ittifaq qurmaliyiq ki, bu da TDT- dir.
Avtoritar hökümət varsa, qarşiliğinda da avtoritar kosmopolit müxalifət vardir.
Demokratik cəmiyyət quruculuğu Azərbaycanda sadəcə müxalifətin və ya iqtidar kəsimlərinin yox, bizim hamimizin, bütün Azərbaycan xalqinin problemidir. Azərbaycan demokratikləşməlidir və hüquq cəmiyyəti qurulmalidir. Dövlət ola bilmək, millət ola bilmək üçün biz bu mərhələdən də keçməliyik. Lakin bu o zaman mümkün olacaqdir ki, cəmiyyət həm avtoritar hökümətdən, həm də avtoritar müxalifətdən güclü olsun və onlarin Azərbaycani kəskin daxili qütbləşmələrə sürükləməsinə icazə verməsin.
Onlarin Azərbaycanin inkişafinda rolu olan şəxsiyyətləri, ideyalari linc etmələrinə izn verməməliyik. Cəmiyyət onlarin arxasinca sürüklənməməlidir, əksinə, onlari dur deməyi bacarmalidir.
Əli Kərimovçuluq da ikinci Heydərizmdir, hətta Heydərizmdən daha dəhşətlidir.
Siyasi politramiz çox toksik və qeyri insanidir.
Biz nə Heydərizmə, nə də Əli Kərimovçuluğa dözməməliyik. Biz ümumiyyətlə repressiv mühit yaradan, parçalayan, dağidan, linc edən heç bir “izm”lərə dözməməliyik. Bu prosesin adi bolşevizmdir. Heydərizmlə Kərimovçuluq Türksüz Azərbaycançiliq ideologiyasina xidmət edir.
Haqq hardadir? Azərbaycanda haqqi öldürdülər. Həm Heydərizmə xidmət edənlər, həm Kərimovçuluğa xidmət edənlər Haqqi öldürdü.
Bunlar ölkədə dözülməz siyasi mühit yaradiblar. Əliyevçilər müxalifəti, Kərimovçular iqtidari xain, satqin adlandirir(əslində bir-birinin varlığina xidmət edirlər), 30 ildir ölkədə statik siyasi sistemin qalmasina xidmət edirlər.
Ramiz Mehdiyev Heydərizmin memaridirsa, müəllimim Cəmil Həsənli də Əli Kərimovçulüğun memaridir. Heydərizmlə Əli Kərimovçuluq mahiyyətcə eynidir! Alternativləri yox etməkdir!