DünyaSiyasət

Bir çox müsəlman ölkəsində din bir inanc deyil, siyasi alətdir.

Amerikada Prezident Tramp, Elon Musk və 26 milyarder ilə rəqabət aparan, miqrant bir ailənin 34 yaşlı oğlu, müsəlman Zohran Mamdani Nyu-York Bələdiyyə Başçısı seçildi.

O, həm şəhərin ən gənc, həm də ilk müsəlman meridir. “Demokratik sosialist” kimi tanınan Mamdani kirayə qiymətlərinin stabilləşdirilməsini, minimum əməkhaqqının artırılmasını və avtobusların pulsuz olmasını vəd edir.

O, İsrailin Qəzzada apardığı müharibəni “soyqırımı” adlandırıb və ABŞ-ın bu siyasətə dəstəyini tənqid edib. Buna baxmayaraq, seçicilər ona səs verdilər, çünki Qərbdə insanlar dini kimliyə deyil, ideyalara səs verir.

Amma eyni hadisə bir müsəlman ölkəsində baş versəydi, fərqli mənzərə yaranardı.

Əgər bir xristian və ya fərqli təriqətdən olan şəxs müsəlman şəhərində mer seçilsəydi, bu, “təxribat”, “dini təhlükə” kimi təqdim edilərdi. Çünki bir çox müsəlman ölkəsində din bir inanc deyil, siyasi alətdir.

Zohran Mamdaninin qələbəsi göstərdi: Qərbdə bir müsəlman azad şəkildə seçilə bilir, amma Şərqdə bir xristianın namizəd olması belə cəsarət sayılır.

Problem dinlərdə deyil, dinlərdən qorxan sistemlərdədir.

 

Bəhruz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukraynada 7 trilyonluq sərvət var, müharibə ona görədir

admin

Çubays Putinə müraciət etdi: Sizi məhv edəcəklər

redaktor

“Xarkovu itirə bilərik” – Zelenski

redaktor