22.6 C
Bakı
29 İyun 2026 08:18
Cəmiyyətİdman

“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandanın mərkəz müdafiəçisi Ruan Renatonun mümkün milliləşdirilməsi barədə danışıb.

O, bu gün keçirdiyi mətbuat konfransında bu barədə sualı cavablandırıb.

R.Sadıqov bununla bağlı 31 yaşlı braziliyalı ilə söhbəti olmadığını söyləyib:

“Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Düşünürəm ki, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər. Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil. Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq. Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər”. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Erkən ölüm riskini azaltmaq üçün gündə neçə min addım atmaq lazımdır? – Alimlərin ARAŞDIRMASI

admin

Zənginlər də ağlayır: Milyarderin xanımından təsirli etiraflar (FOTOLAR)

admin

Rəşad Sadıqov: “Yükü daşımağa qadirdir.”

admin