Ukrayna son gün Rusiyanın bir neçə regionda strateji obyektlərini yenidən güclü atəşə tutub.
Rusiyanın Çelyabinsk vilayətində hərbi zavodda partlayışlar və yanğın baş verib! Kopeyskdəki zavod döyüş sursatı və partlayıcı maddələr istehsal edir. Kopeyskdəki zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Ryazanda silsilə partlayışlar baş verib. Ryazan Neft Emalı Zavodu vurulub. Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, “dronların dağıntıları yanğına səbəb olub”.
Ryazan yaxınlığında Dyagilevo hərbi aerodromu hücuma məruz qalıb Tu-95MS, Tu-22M3, Tu-134UBL bombardmançıları və İl-78 tankeri 360-cı Təyyarə Təmiri Zavodu xeyli zədələnib.
Rostov, Belqorod və Bryansk vilayətlərinə də hava zərbələrindən böyük ziyanlar törədilib.
Vladimir Zelenskiy və İsveçin Baş naziri
Ulf Kristersson 150 ən son Gripen E döyüş təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb. Təyyarələr nüfuzlu SAAB şirkəti tərəfindən istehsal olunur. Bununla, ümumən Ukrayna hər bir təyyarə sayına görə Türkiyə ilə bərabərləşir. Böyük irəliləyiş dur Ukrayna üçün.
El Pais qəzetinə görə, İspaniya da ABŞ-dan Ukrayna üçün silah alpnmasına qoşulacaq.
Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul edib. Məhdudiyyətlər “kölgə donanması”, LNG idxalı və Moskva ilə əməkdaşlıq edən Hindistan və Çin şirkətlərini hədəf alır. 2026-cı ildə Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulacaq.
Rusiya diplomatlarının Aİ daxilində hərəkətinə məhdudiyyətlər qoyulacaq. Ukraynalı uşaqların Rusiyaya təxliyyəsində iştirak edənlərə qarşı sanksiyalar tətbiq olunacaq. Rusiya banklarına və məhdudiyyətlərdən yan keçməyə kömək edən üçüncü ölkələrin (Qazaxıstan və Belarusiya) şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq olunacaq. Rusiyalılsr üçün bütün kriptovalyuta xidmətinə tam qadağa qoyulacaq.
Tramp Rusiyaya qarşı sərt neft sanksiyaları tətbiq edib. Rusların əsas gəliri olan “Rosneft” və “Lukoyl” zərər çəkəcək. (ABŞ-ın sanksiyaları “Rosneft”in 34 törəmə müəssisəsinə şamil edilir.) Və ölkənin təkcə neft müəssisələri deyil, aparıcı müəssisələri də son ayaqlarını yaşayır.
Belə götürsək Qərb artıq tam ayılıb və Qərb ekspertləri tendensiyaları qiymətləndirçıdinə görə , Rusiyaya təzyiqlərini sona qədər davam etdirəcək. Hindistan və Çinin gizli razılığı var. Bunların da səbəbi Putinin xəstə davakarlığıdır.
P.S. Dmitri Medvedev bu gün bəyan edib: “ABŞ bizim düşmənimizdir və onların danışan “sülhməramlısı” (yəni Tramp) indi artıq tam Rusiyaya qarşı müharibə yoluna çıxıb.”. Yəni. Tramp-Putin dostluğu axır düşmənçiliklə bitir.
