Dünya

Amerika ordusu İŞİD-in iki liderini öldürdü

Amerika ordusu İŞİD-in iki liderinin öldürdü

 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqində həyata keçirdikləri basqın zamanı İŞİD-ın iki liderinin öldürüldüyünü açıqlayıb.

Tacxeber.comxəbər verir ki, CENTCOM-dan verilən yazılı açıqlamada, “ABŞ Mərkəzi Komandanlığı qüvvələri, Suriyanın şərqində İŞİD-ın plan və əməliyyatlarında iştirak edən təşkilatın Suriya Əyalət Mütəxəssisi Ənəs də daxil olmaqla, 11 dekabr saat 02:57-də Suriyanın şərqinə uğurlu vertolyot basqını həyata keçirib. Basqında İŞİD-ın iki lideri öldürülüb”, – qeyd olunub.

Əməliyyatın ABŞ əsgərləri tərəfindən birtərəfli şəkildə həyata keçirildiyi bildirilən açıqlamada ilkin təsbitlərə görə əməliyyatda mülki itkilərin olmadığı bildirilib.

Açıqlamada əməliyyatın hansı vilayət və rayonda keçirildiyi, əməliyyatın əsas hədəfinin hansı İŞİD liderinin olduğu açıqlanmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor

Çox pis qonşu…

redaktor