CəmiyyətSiyasətTarix

YAP- quranlarin 80 faizi- keçmiş Rus-sovet partnomenklatura təmsilçiləridir.

Demədi deməyin

YAP- quranlarin 80 faizi- keçmiş Rus-sovet partnomenklatura təmsilçiləri – R.Mehdiyevlə eyni ideoloji-siyasi görüşlərə sahibdir. YAP- dan bunlari təmizləsən YAP qalmaz!

Asıl sorun YAP, YAP zehniyyeti.

Üzünüzü AXC – yə çevirməyin. AXC- azadliq hərəkatindan gələn, xalqın içindən çixan bir təşkilatdir. Xalqın təşkilatidir. O üzdən partnomenklatura daim bu təşkilati hədəfə almışdir (hərçənd içlərində Qərb imperializminin oyuncaqlari da var. Nə fərqi var e, Moskva və ya Vaşinqton, London. İkisi də eynidir. İngilis imperializmi ile Rus imperializmi- ikisi də öldürücüdür. İkisi də Türk-İslam sivilizasiyasinin düşmənləridir.

Milli dövlətçilik anlayışi həm Moskvaya həm də Vaşinqtona, Londona bağli siyasi iradeni redd edir)

YAP- nı isə mərkəzi Moskva olan keçmiş Rus- sovet partnomenklatura təbəqəsi qurdu. İndi Azərbaycanin bütün sərvətləri rus-sovet nomenklatirasinin əlində cəmləşib. Ölkədə Hər şeyin sahibi onlardir. Xalq isə sərvətlərdən, milli gəlirlərdən, öz dövlətində siyasi iştirakçilqdan məhrum edildi.

Rusiyanin Azərbaycanda 3 höküməti olub. Üçü də Azərbaycana divan tutub.

1.1918- de Şaumyan rəhbərliyində Sentrokaspi hökümeti

2. 1920- de Nerimanov rehberliyinde Stalin- Orconikidze- Pankratov hökümeti. 70 il davam etdi.

4. 1995- de YAP Rus- sovet partnomenklatura höküməti. R. Mehdiyev. R. Mehdiyev partnomenklatura elitasini uğurla idarə etdi, dövlətimizi onlara təslim etdi, sovet partnomenklaturasini güclendirdi və Azərbaycana hakim etdi. Azərbaycan sömürüldü, xalq sömürgə qurbani oldu, qul oldu.

Sovet partnomenklatura elitasi- akademikler, professorlar, KKB kadrolari, memurlar, yüzler, minler…

Xalq əzilmiş, mağdur. Öz dövlətində təmsil olunmayan qul!

İ.Əliyev Azərbaycan dövlətini milliləşdirmek istəyirsə, YAP -i dəyişməlidir, yeniləməlidir, milliləşdirməlidir, ya da özünə yeni bir partiya qurmalidir. R. Mehdiyevin dayaqlari YAP-dir.

Biz son 30 ildə keçmiş Rus- Sovet partnomenklatura hakimiyəti altinda olduq. Onlar bizə, millətimizə divan tutdular. İndi dostlarimiz Azərbaycanda Tərtər işkəncelerindən danişirlar, mən isə deyirəm ki, Tərtər işgəncəsi 30 ildə hər yerdə, həyatin hər sahəsində, hər gun davam etmişdir. Orduda, təhsildə, səhiyyədə, iqtisadiyatda…hər sahədə. Məqsəd Türk millətini çöktürmək, dövlət olmağa qoymamaq, sərvətlərini mənimsemek idi.

Tarix tarixdir.

Qorxuram hər şeyi dəqiq yaza bilmirəm. Çox mövzuların üstündən keçirəm. Qorxuram!

Gələcək 50 ildə isə tarix hər kəsi ilmə ilmə yerinə qoyacaq. Tarix heç kəsə güzəşt etmir.

Qalib prezidentin ikinci bir savaşi başlanmalidir. Ona bu savaşda da qələbə arzulayiram.

Bu savaş Qarabağ savaşindan da təhlükəlidir. Bu savaş içimizdəki ermənilərlə, düşmənlərlə savaşdir.

Prezident Dövləti millileşdirmelidir. Keçmiş Rus Sovet partnomenklatura elitasini dövlətdən, parlamentdən təmizləməlidir.

Qoy Türk millətinin dövləti Türk millətinin olsun. Türk millətinin iradəsini təmsil etsin, uca Türk millətinə layiq olsun.

Dövlətimiz Şanimizdir!

Yasəmən Qaraqoyunlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zelenski Trampa Rusiyanın zərbələri barədə məlumat verib, Moskvaya qarşı sanksiyaları müzakirə edib

redaktor

Medvedev Trampa cavab verib

redaktor

Maskdan proqnoz –  Avropa “yox” olacaq

redaktor