10 C
Bakı
24 Aprel 2026 08:13
CəmiyyətTexnologiya

Azərbaycanda məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq

“Gələcəkdə məktəb və bütün bağçalarda “SİMA Access” üztanıma sisteminin tətbiqi planlaşdırılır”.

Bunu “AzIntelecom” MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub:

“Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən “SİMA Access” həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçalarda bu həyata keçirilməsinə baxmayaraq, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır”. (Banker)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Gömrük generallarının həbs müddəti uzadıldı

redaktor

“Komendant pulu” mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

admin

Xalq artisti: Tələbələr Zeynəb Xanlarovadan mənə şikayət edirdilər

admin